"Sən elə bir zirvəsən" adlı tədbir

Dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı anım tədbiri keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliğ edilməsi, Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Şagirdlər dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışdılar, onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladılar.
Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylənildi, həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirildi.