Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sinif təşkilat saatı

Dekabrın 11-də məktəbin ibtidai sinif müəllimi Lalə İbadovanın 2"B" sinfində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
Qeyd edildi ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
Böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş və buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmişdir.
Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar nümayiş olundu, şeirlər söylənildi.