"Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı bilik yarışı

  Dekabrın 10-da Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı bilik yarışı keçirildi.
Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Fenomen şəxsiyyət Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yarışda "Everest", "Boz Qurd", "Balkan", "Göy Türk" komandaları iştirak etdi. 6 şagirddən ibarət olan komandalar Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix, kimya, biologiya, fizika, coğrafiya fənlərindən sualları cavablandıraraq birincilik uğrunda mübarizə apardılar.
Gərgin və maraqlı keçən bilik yarışında "Göy Türk" komandası qalib gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi