"Dəyirmi masa"

 Dekabrın 10-da məktəbin Azərbaycan dili müəllimi Nuranə Hüseynovanın 8"A" sinfində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Dəyirmi masa" keçirildi.
Qeyd edildi ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
Böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş və buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmişdir.
Sonda Ulu öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi