Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr edilmiş "Dəyirmi masa"

Dekabrın 9-da məktəbin Azərbaycan dili müəllimi Nuranə Hüseynovanın 8"A" sinfində Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr edilmiş "Dəyirmi masa" keçirildi.
Görkəmli publisist, ictimai xadim Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən geniş söhbət açıldı.
Qeyd edildi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, alimin zəngin elmi irsi tədqiqatçılar tərəfindən yeni aspektdə araşdırılıb, Azərbaycan xalqının maarifləndirilməsində, milli təfəkkürün formalaşmasında göstərdiyi xidmətləri geniş tədqiq olunmuşdur.
Əhməd bəy Ağaoğlu təkcə Azərbaycanda deyil, Türkiyədə də ictimai-siyasi fəaliyyətini davam etdirib, türkçülük ideyalarını təbliğ etmişdir.