Valideynin məktəbdə bir günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində "Valideynin məktəbdə bir günü" layihəsi davam edir.
Məktəbin direktoru F.Həsənov da valideynlərlə görüş keçirdi.
Valideynlər övladlarının təhsil aldığı məktəblə tanış oldular. Uşaqlarının oxuduqları siniflərə getdilər, dərs proseslərini izlədilər. Məktəbin foyesindəki şəkillərlə, məlumatlarla tanış oldular.
Bu tip layihələrin reallaşdırılması məktəblə valideyn arasındakı ünsiyyətin daha da genişləndirilməsinə müsbət təsir göstərir.