Böyük Summativ Qiymətləndirmələrə (BSQ) start verildi.

Bu gün, 2 iyun tarixində məktəbimizdə tədris ilinin yekun qiymətləndirmə mərhələsi olan Böyük Summativ Qiymətləndirmələrə (BSQ) start verildi.
Şagirdlərimiz il ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirmək üçün bu mərhələyə məsuliyyətlə yanaşır, müəllimlərimiz isə qiymətləndirmənin düzgün və şəffaf aparılması üçün bütün zəruri təşkilati işləri yüksək səviyyədə həyata keçirirlər.
Qiymətləndirmənin ilk günü uğurla keçdi. Bütün şagirdlərimizə uğurlar arzulayırıq!
*Unutmayaq: _Ədalətli qiymətləndirmə – keyfiyyətli təhsilin güzgüsüdür. Hər bir səylə atılan addım, gələcəyin uğurlu nəticələrinə aparan yoldur._*