Mənim Ulu öndərim

Bakı Avrasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Mənim Ulu öndərim” adlı inşa müsabiqəsi keçirilmişdir.
Müsabiqədə məktəbimizin şagirdləri də böyük həvəslə iştirak etmişlər.
07 may 2019-cu il tarixdə Bakı Avrasiya Universitetində müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Şagirdlərimiz də müsabiqədə fəal iştirakına görə sertifikatlarla təltif olunmuşlar.