Nəsimi - 650

Dünən məktəbin kitabxana müdiri Təranə Əhmədova və kitabxanaçı Aybəniz Əliyeva Nəsiminin 650 illik yubileyi ilə bağlı 6A və 8A sinif şagirdləri ilə birgə "Dəyirmi masa" keçirdilər. Şagirdlərimiz çox gözəl çıxışlar etdilər.
Məktəbin direktoru Füzuli Həsənov çıxış edərək Nəsimi haqqında ətraflı danışdı, şagirdlərə öz məsləhətlərini verdi və təşəkkürünü bildirdi.
Daha sonra direktor müavini Çəməngül Həsənov da çıxış edərək təşkilatçılara və şagirdlərə təşəkkür etdi..