Aprel döyüşləri bizim şanlı tariximizdir

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir.
08 aprel 2019-cu il tarixdə Odlar Yurdu Universitetinin iclas zalında müsabiqə ilə bağlı tədbir keçirildi. Tədbirdə qaliblər və fərqlənən şagirdlər mükafatlandırıldılar.
Qeyd edək ki, müsabiqədə 18 orta ümumtəhsil müəssisəsindən 78 nəfər məktəbli iştirak etmişdir.
Şagirdimiz Əliyeva Səmadə III yeri tutduğuna görə diplom və hədiyyə ilə mükafatlandırılmış, digər şagirdlərimiz isə müsabiqədə iştirak etdiyinə görə sertifikatla təltif olunmuşlar.
Şagirdlərimizə uğurlar arzulayırıq.