Azərbaycanın qan yaddaşı

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı iə Xocalı şəhərində XX əsrin ən böyük faciəsi baş verdi.Bu gün həmin faciənin 24-cü ildönümü Nərimanov rayonu 73-№-li məktəbdə hüzn günü kimi qeyd edildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Füzuli Həsənov açaraq bu faciənin baş vermə səbəbləri və nəticələri barədə ətraflı məlumat verdi.Məktəblilərin ifasında Xocalı şəhidlərinə həsr olunmuş şeirlər oxundu,səhnəciklər nümayiş etdirildi.Tədbir matəm musiqisinin sədaları altında sona çatdırıldı.Eyni zamanda bu gün ilk dərslər Xocalı faciəsinə həsr edilmiş,bütün siniflərdə faciə qurbanları müəllim və şagirdlər tərəfindən anıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi