Novruz şənliyi

Bu gün məktəbdə Novruz bayramı münasibəti ilə tədbir keçirildi. Tədbirdə şagirdlər novruz adət-ənənələrindən söhbət açdılar, şeirlər, mahnılar söylədilər. Şagirdlərimiz gözəl rəqslər nümayiş etdirdilər. Kosa və keçəl məzəli söhbətləri ilə tədbir iştirakçılarını əyləndirdilər.
Məktəbin direktoru Füzuli Həsənov çıxış edərək hər kəsi bu gözəl bayram münasibəti ilə təbrik etdi.
Tədbir çox maraqlı keçdi.