Pis vərdişlərdən uzaq olaq
Məktəbin VII-XI sinif şagirdlərinin iştirakı ilə narkomaniya və onun törətdiyi fəsadlar barədə “Dəyirmi masa” keçirildi. Məktəbin həkimi S.Xəlilova bu “ağ ölüm”dən ətraflı danışdı və şagirdlərin suallarını cavablandırdı. Direktor F.Həsənov da yekunda çıxış edərək bu qorxulu vərdişlərdən uzaq olmağı şagirdlərə tövsiyə etdi.