Xocalı soyqırımı

Bu gün məktəbimizdə Xocalı faciəsi ilə bağlı tədbir keçirildi. Tədbirdə Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Xocalı soyqırımına dair video-çarxlar nümayiş etdirildi, şagirdlərimiz şeirlər söylədilər.
Tədbirdə məktəbimizin direktoru Füzuli Həsənov və tarix müəllimi Tükəzban Salamova çıxış etdilər. Onlar Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli soyqırımından ətraflı danışdılar.
Azərbaycan xalqı və onun dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır.