Ana dili Günü

Bu gün məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədova Mehparə 9 və 10-cu sinif şagirdləri ilə birlikdə "21 Fevral Beynəlxalq Ana dili Günü" münasibəti ilə tədbir keçirdi.
Tədbirdə məktəbimizin direktoru Füzuli Həsənov çıxış edərək dilimizin tarixindən, zənginliyindən danışdı. Sonra dilimizlə bağlı video-çarxlar nümayiş etdirildi, şagirdlərimiz rəqslər ifa etdilər, mahnılar, şeirlər söylədilər.
Tədbir çox maraqlı keçdi.