Ətraf mühiti qoruyaq

Bizi əhatə edən canlı aləm, bitkilər, heyvanlar, su, hava və s. Allahın bizə bəxş etdiyi əvəzsiz nemətlərdir. Bunlarsız həyat olmadığı kimi, bu nemətlərin zərər görməsi də bir çox problemlərə - təbiətdə balansın pozulmasına, ətraf mühitin korlanmasına və təbii ki, insanların və digər canlıların da həyatında xəstəliklərə, narahatlıqlara yol açır. Biz də təbiətin bir parçasıyıq. İnsan təbiətin, ətraf mühitin qayğısına qalmalıdır ki, ətraf aləm də insanın qayğısına qala bilsin.
Məktəbimizdə də təbiətin və ətraf mühitin mühafizəsi ilə bağlı tədbir təşkil edildi. Tədbirdə ətraf mühiti nece qorumaq lazımdır, onu qorumağın faydasından danışıldı.
Keçirilən bu tədbirin şagirdlərimiz üçün çox faydalı olacağına inanırıq.