Gənclər Günü

"2 Fevral Gənclər Günü"dür. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Fevralın ikisində ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını qeyd edirlər.
Məktəbimizdə də musiqi müəllimi Könül Kərimova 9C sinif şagirdləri ilə birlikdə "Gənclər Günü" ilə bağlı tədbir hazırlamışdılar.
Tədbirdə məktəbimizin direktoru Füzuli Həsənov çıxış edərək "2 Fevral Gənclər Günü"nün elan edilməsi tarixindən danışdı və bütün Azərbaycan gənclərini təbrik etdi. Şagirdlərimiz şeirlər söylədilər, mahnılar ifa etdilər. Tədbir maraqlı keçdi.