Ana dili günü

18 fevral 2016-cı il tarixde Bakı şəhəri 73№-li məktəbdə Beynəlxalq Ana dili günü təntənəli şəkildə qeyd edildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Füzuli Həsənov açıq elan etdi.Sonra şagirdlərin ifasında Ana dilimize aid şeirlər və mahnılar səsləndirildi,səhnəciklər nümayiş etdirildi. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə,milli dövlətçilik tarixinin qızıl səhifəsidir.Bu məqam millətin millət olaraq təstiqidir.Çünki dilin dövlət dili statusuna yüksəldilməsi millətin öz taleyinə sahibliyinin,dövlət qurmaq və qorumaq qüdrətinin,eyni zamanda,dilinin zənginliyinin sübutudur.Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı,beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi,mahir natiq ulu öndərHeydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.