20 Yanvar faciəsi ilə bağlı inşa-yazı və rəsm müsabiqəsi

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda məktəblilər arasında inşa-yazı və rəsm müsabiqələrində məktəbimizin də şagirdləri iştirak etmişdilər.

20 orta ümumtəhsil müəssisəsindən 55 nəfər məktəblinin iştirak etdiyi müsabiqədə şagirdlərimizdən Əliyeva Səmadə inşa-yazı müsabiqəsində II yeri, Salahova Aidə rəsm müsabiqəsində 3-cü yeri tutmuş, diplom və medalla təltif olunmuşlar.

Vəliyeva Şükranə Fəxri fərmanla, Vəliyeva Bəyaz, Mehdiyeva Zinarə, Atakişiyeva Nigar, Həsənzadə Seyhun, Məmmədov Toğrul və Abbaszadə İlkanə isə sertifikatla mükafatlandırılmışlar.

Biz də şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi