20 Yanvar - Ümumxalq Hüzn Günü

    Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. İyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. 
    Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Vətən yolunda şəhidlik qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir
    Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanların xatirəsini anır. 

    Məktəbimizdə də 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin direktoru F.Həsənov çıxış edərək bu faciənin tarixindən, xalqımıza qarşı törədilən cinayətdən danışdı.

    Tədbirdə şagirdlərimiz vətənə, şəhidlərimizə həsr edilən şeirlər söylədilər, video-çarxlar nümayiş etdirildi.

    Allah şəhidlərimizə rəhmət eləsin...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi