Unudulmaz şəxsiyyət - dahi rəhbər

Dünən məktəbimizdə Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin anım mərasimi keçirildi.
Əvvəlcə məktəbin foyesində şagirdlər tərəfindən hazırlanmış guşənin önünə tər qərənfillər düzüldü. Bütün siniflərdə 1-ci dərslər Ulu öndərimizin həyat və fəaliyyətinə həsr edildi.
Tədbir iştirakçıları Heydər Əliyev cənablarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə məktəbimizin direktoru F.Həsənov dahi rəhbərimizin həyat və fəaliyyətindən ətraflı məlumat verdi.
Sonra H. Əliyev haqqında şagirdlərin şeirləri dinlənildi, video -çarxlar nümayiş etdirildi.
Allah rəhmət eləsin.