12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Bu münasibətlə məktəbimizdə tədbir keçirildi. Məktəbimizin direktoru F.Həsənov Konstitusiyamızın memarı Heydər Əliyev cənablarının sədrliyi ilə hazırlanan bu sənədin ölkə əhalisinin 91.9 %-nin yekdil səsverməsi ilə qəbul olunmasından danışdı. Sonra şagirdlər Konstitusiyamızın ayrı-ayrı maddələri barədə ətraflı məlumatlar verdilər, şeirlər, mahnılar səsləndirildi, video-roliklər nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi