Payız mövsümünə hazırlıq

Havaların tez-tez dəyişməsi, payız mövsümünün başlanması ilə əlaqədar bir sıra yoluxucu xəstəliklər yayılmaq üzrədir.

Xüsusən kiçik yaşlı uşaqlar arasında yuxarı tənəffüz yollarının kəskin respirator infeksiyaları olan qrip adlandırılan yoluxucu xəstəlik artıq özünü göstərir.

Bunun qarşısını almaq məqsədilə bu gün məktəbimizdə sinif otaqları və ümumi istifadə olunan kitabxana, koridor  və digər otaqlarda dərmanlanma işlərinə başlanılmışdır.

Yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə bu işlərin ay ərzində bir neçə dəfə aparılması planlaşdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi