Müstəqillik Günü

Bu gün 18 oktyabr – Dövlət Müstəqilliyi Günüdür. Hər bir azərbaycanlı bu günü bayram edir. Məktəbimizdə bu bayram münasibəti ilə təntənəli tədbir keçirildi.
Məktəbimizin direktoru F.Həsənov bu tarixi gün barədə ətraflı məlumat verdi. Şagirdlərin ifasında şeirlər, mahnılar, rəqslər ifa edildi.
Məktəbin tarix müəllimi Flora Hüseynova müstəqilliyimizin banisi, ulu öndərimiz H.Əliyevin xidmətlərindən geniş söhbət açdı.
Məktəbin ayrı-ayrı siniflərində də bu tədbir təntənə ilə qeyd edildi.
Bayramınız mübarək!!!