Beynəlxalq Müəllimlər Günü

Bu gün məktəbimizdə 5 oktyabr “Beynəlxalq müəllimlər günü” təntənəli şəkildə qeyd edildi.

Əvvəlcə şagirdlərin Müəllim gününə həsr etdikləri rəsmlərə baxış keçirildi.

Sonra şagirdlərin ifasında müəllimə, doğma vətənimizə həsr olunmuş şeirlər  və mahnılar səsləndirildi. Şagirdlər  və müəllimlər çıxış edərək bu bayramın tarixi barədə, müəllim peşəsinin müqəddəsliyi barədə danışdılar.

 

Tələsməyin

                                                               Şərəfli peşə sahibləri olan

                                                                     müəllimlərimizə ithaf edirəm

Bu dünyaya gələn gündən

Tələsmisiz ömür boyu.

Soruşan yox,

Siz də belə söyləmirsiz,

Tələsməyin səbəbini.

Cavan olmaq,

Uşaqlıqdan bir dəfəlik uzaqlaşmaq

Arzusuyla tələsmisiz.

Tez evlənib ata olmaq,

Ana olmaq həvəsiylə tələsmisiz!

Baba olmaq, nənə olmaq həvəsi də

Keçib sizin könlünüzdən,

Tələsmisiz,

Heç bilmədən yaşamısız

Əlli ili, altmış ili

Siz tələsib ömrünüzdən

Qoparmısız  o illəri!

Ey ağ saçlı müəllimlər!

Tələsməyin, daha bəsdir

Hər işiniz, əməliniz bundan sonra

Bizim üçün ən qiymətli əmanətdir!

Tələsməyin, neçə bahar, neçə xoş gün,

Bir də gənclik sizin kövrək

Qədəmlərin həsrətini çəkəcəkdir!

Bir istəyim vardır  sizdən

Ay sevimli müəllimlər!

Ömrünüzün səksəninci baharını

Görmək üçün heç bir zaman

Tələsməyin!

Tələsməyin..!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi