Aprel döyüşləri

Aprel döyüşlərinin ildönümü münasibəti ilə məktəbimizdə təntənəli tədbir keçirildi.

Tədbirdə çıxışlarda vurğulandı ki, 2016-cı ilin 1-5 apreldə şanlı Azərbaycan ordusu nəinki düşmənin təxribatlarının qarşısını aldı, eyni zamanda Ağdərə, Tərtər, Ağdam və Xocavənd-Füzuli istiqamətlərində, Talış kəndində “Lələtəpə” adlanan yüksəklikdə düşmənə sarsıdıcı zərbələr endirildi.

Qısamüddətli döyüşlərdə düşmənin 20-i Artilleriya qurğusu, 30 tankı, helikopteri məhv edildi.

Faktlara əsasən düşmənin 340 döyüşçüsü məhv edildi, 500-dən artığı isə yaralandı. Düşmənin ön xətdə olan mühəndis-istehkamı qurğuları darmadağın edildi. Bu şanlı ordumuzun qüdrəti,  gücü və peşəkarlığı deməkdir. Biz Azərbaycan ordusu ilə qürur duyuruq.

Tədbirdə video-çarxlar nümayiş etdirildi, şeirlər səsləndirildi.

Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi