31 Mart soyqırımı

Ermənilər tərəfindən bizə qarşı törədilən 31 Mart soyqırımından 100 il keçir. Bu münasibətlə bu gün məktəbimizdə anım tədbiri keçirildi. Tədbirdə xalqımıza qarşı törədilən soyqırım haqqında ətraflı məlumat verildi, video-çarxlar nümayiş etdirildi. Bütün siniflərdə 1-ci dərslər soyqırım gününə həsr edildi.