Dünya şöhrətli azərbaycanlı alim

Məktəbimizdə dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Ələsgərzadə-Lütfi Zadənin yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Məktəbin riyaziyyat müəllimi Z.Əliyeva alimin həyat və yaradıcılığından ətraflı məlumat verdi. Şagirdlər ölkəmizdən çox uzaqlarda yaşamış görkəmli alimin nailiyyətləri barədə geniş məlumatlar verdilər. Tədbir çox maraqlı keçdi.