Xocalı faciəsi

Məktəbimizdə Xocalı faciəsinin 26-cı ildönümü qeyd olundu. Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunmuş səhnəciklər nümayiş etdirildi. Çıxış edən müəllimlər Xocalı faciəsinin yaranma tarixi, dəhşətli Fevral gecəsi, erməni-rus birləşmiş alayının (366-cı moto-atıcı alayı) vəhşiliklərindən ətraflı məlumatlar verdilər.
Şagirdlərimiz tədbirin sonunda bu faciənin qurbanlarının qisasını alacaqlarına and içdilər. Tədbirdə video-çarxlar nümayiş etdirildi, vətənpərvərlik movzusunda şeirlər söylənildi. Anım mərasimi “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeiri ilə sona çatdı.
Məktəbin tədbirlər planına uyğun olaraq silsilə tədbirlərimiz gələn həftə də davam etdiriləcəkdir.