Qalib şagirdlərimiz

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə məktəblilər arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqələrdə məktəbimizin şagirdləri də iştirak etmiş və qalib adı qazanmışlar.
Məktəbimizin V sinif şagirdi Elnurə Cəfərova və XI sinif şagirdi Seyidhüseyn Bayramov inşa-yazı müsabiqəsinin, V sinif şagirdi Ülkər Quliyeva isə rəsm müsabiqəsinin qalibi olmuşlar.
Vətənpərvər gənclərimizi təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.