Qan yaddaşımız

Bu gün 20 Yanvar faciəsindən 28 il ötür. Bu münasibətlə məktəbimizdə “20 Yanvar – qan yaddaşımızdır” adlı anım mərasimi keçirildi.

Şagirdlər  20 Yanvara aid şeirlər söylədilər, səhnəciklər göstərdilər və videoçarxlar nümayiş etdirildi.

Məktəbin tədbirlər planına uyğun olaraq yanvar ayının 9-dan şagirdlərimiz və müəllimlərimiz Şəhidlər xiyabanını ziyarət etmişlər. Məktəbdə 20 Yanvar faciəsinə həsr edilmiş rəsm və inşa müsabiqəsi keçirilmiş, divar qəzetləri və foto-stendlər hazırlanmışdır.

Bu gün bütün siniflərdə 1-ci dərslər 20 Yanvar faciəsinə həsr olundu. Müəllimlərimiz xalqımızın azadlıq və müstəqillik uğrunda apardıqları mübarizə barədə şagirdlərə ətraflı məlumatlar verdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi