Ulu öndərimizin anım günü

Bu gün məktəbimizdə Ulu öndərimiz, Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anım gününü qeyd etdik.
Ilk dərslər məktəbdə ”Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusuna həsr edildi. Sonra məktəbin foyesində düzəldilmiş Ulu öndərin həyatını əks etdirən guşəyə gül dəstələri qoyuldu.
H.Əliyevin həyatını əks etdirən film nümayiş etdirildi, şagirdlərin ifasında şeirlər səsləndirildi, müəllimlər Ulu öndər haqqında xatirələrini danışdılar və bizim məktəbin açılışında onun necə iştirak etdiyindən söhbət açdılar.
Allah rəhmət eləsin.