Bu gün məktəbimizdə 9 Noyabr “Bayraq günü” münasibətilə möhtəşəm tədbir keçirildi. Məktəbin direktoru F.Həsənov tədbiri açaraq “Bayraq günü”nün yaranma tarixindən danışdı. Məktəbin müəllimi S.Sadıqova “Bayraq günü”nün təsis edilməsi barədə Prezidentimiz İlham Əliyev cənablarının sərəncamını oxudu. Şagirdlərin ifasında şeirler səsləndirildi.Eyni zamanda I-XI siniflərdə I dərslər “Bayraq günü”nə həsr edildi.