Biz gülləri sevirik

Gül gözəllik, həzz almaq, ilham pərisi və ən gözəl hədiyyədir. Qədim zamanlardan gül məhəbbət simvolu, gözəllik rəmzi, qəlb rahatlığı və firavanlıq simvoludur. Hər il yaz gələndə məktəbimizin şagirdləri dibçəklərdə güllər əkir, onlara sevə-sevə qulluq edirlər. Bütün siniflərdə güllər üçün guşələr yaradılıb. Təbiətin bəxş etdiyi bu gözəl gülləri qorumaq, onlara qulluq etmək hamımızın borcudur.