Novruz bayramınız mübarək

Bu gün Məktəbimizdə dörd çərşənbənin sonuncusu olan torpaq çərşənbəsi qeyd edildi.Torpaq çərşənbəsi bolluq bərəkət rəmzidir. Bu çərşənbə torpağa dən səpilir,gül-çiçək ,meyvə ağacları əkilir,meyvə ağacları budanır.Bu barədə bütün siniflərdə fənn müəllimləri şagirdlərə ətraflı məlumat vermişlər.Torpaq çərşənbəsi münasibəti ilə bütün xalqımızı təbrik edirik,sülh və bərəkət arzulayırıq.