5 Oktyabr Beynəlxalq Müəllimlər Günü .

Peşəsi müəllim olan, bu adı ləyaqətlə, şərəflə və böyük məsuliyyətlə daşıyan hər bir müəllimi #Beynəlxalq_Müəllimlər_Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sadəcə təhsilin inkişafı istiqamətində uğur qazanmağı deyil, həm də şagirdlərinizin və kollektivinizin sevgisini və hörmətini qazanmağı arzu edirəm. Gələcək nəslə mənəviyyatı sağlam, əxlaqlı, bilikli, vətənpərvər, ölkəmizi istənilən sahədə dünyada layiqincə tanıdacaq və təmsil edəcək şəxslər-şəxsiyyətlər yetişdirməkdə uğurlar arzulayıram.
Müəllimlik peşəsi uca zirvədir, çünki hər peşənin peşəkarının yetişməsində MÜƏLLİM əməyi vardır!
44 günlük şərəfli yolu Azərbaycanın suverenliyinin tam bərpası ilə sonlandıran igid əsgərlərimizi vətənpərvərlik ruhunda tərbiyə edən, onlara təhsil verən, vətəni, milləti sevməyi öyrədən məhz sizsiniz, dəyərli müəllimlər!
Həmçinin döyüşlərdə iştirak etmiş müəllimlərə təşəkkür edərək, onları xüsusi olaraq təbrik edirəm. Sizin müqəddəs fəaliyyətiniz sinif otaqlarında başlayıb, səngərdə öz yetirmələrinizlə çiyin-çiyinə döyüşərək zəfərlə nəticələnib!
Uca Tanrı hər birinizə sağlıqlı və sevincli günlər bəxş etsin.
Şəhid olan və dünyasını dəyişən müəllimlərimizə isə Allahdan rəhmət diləyir, böyük ehtiramla yad edirəm.