4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

04.10.2024-cü il tarixində Bakı şəhəri Nərimanov rayonu 73 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz İrzayevanın təşkilatçılığı ilə Cəbrayıl şəhəri günü ilə əlaqədar olaraq tədbir keçirildi.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı V.Günay Cəbrayıl şəhəri gününün təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası prezidentinin Sərəncamını diqqətə çatdırdı.

Daha sonra videoçarx izlənildi, şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi