27 sentyabr tarixində ilk dərslər "Anım günü" nə həsr olundu

Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F- 429 nömrəli əmrin icrasını təmin etmək məqsədi ilə 27 sentyabr tarixində ilk dərslər "Anım günü" nə həsr olundu. 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin ruhu ehtiramla yad edildi.