27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir

Azərbaycan Respublikasının prezidenti,ali baş komandan İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
27.09.2024 cü il tarixində məktəbin ibtidai sinif müəllimi M.Zəminənin təşkilatçılığı və 2 c sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,27 sentyabr Anım Günü haqqında şagirdlərə ətraflı məlumat verilmişdir.
2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlərimiz də öz növbəsində Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə şerlər söyləmiş,müxtəlif fotolar və təqdimatlarla çıxış etmişdilər.