YAP Nərimanovda 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib.

YAP Nərimanovda 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında bu il ali təhsil müəssisələrinə Nərimanov rayonu üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

Əvvəlcə görüş iştirakçıları YAP Nərimanov rayon təşkilatının foyesində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Hikmət Məmmədov və Nərimanov rayonu üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış abituriyentlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bu il tələbə adını qazanan məzunları bu böyük uğur münasibətilə ürəkdən təbrik edib, ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb.

Samir Vəliyev bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gündə davam etməkdədir.

Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində çox böyük işlər görülür, islahatlar aparılır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, ölkəmizdə yüksək təhsilli kadrların yetişdirilməsi təhsil siyasətinin əsas məqsədlərindən biridir. Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirdiyini də diqqətə çatdırıb. O, Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.

Görüşdə yüksək bal toplayan 73 saylı tam orta məktəbin şagirdləri Əliyeva Səmadə (641 bal) Nağıyeva Aydan (630 bal) Orucov Pərvin (620 bal) iştirak etmişlər.Tələbə adı qazanan şagirdlərimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi