Məktəbimizdədə “Son zəng” tədbiri keçirildi.

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Belə günlərdən biri də məhz bu gündür “SON ZƏNG” günü. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları bu 11 ildə olur. Hər dəfə məktəbdən söz düşəndə ürəyimiz sızıldayır. Qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə bilsəydim” arzusu keçir. İlin bu vaxtlarında məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu nisgil hiss olunur.Çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səsləyir. Bu gün 11 illik pillədə dayanan şagirdlərimiz məktəbə əlvida deyirlər.Şagirdlər aylardır ki, müstəqil olacaqları günü gözləyirdilər. Öncədən bu unudulmaz günə hazırlaşırdılar. Nəhayət, o gün yetişdi.

Məktəbdə “Son zəng” tədbiri keçirildi. Məktəbin direktoru Şəhanə Əhmədova,direktor müavini Mehman Qaraxanlı şagirdləri təbrik etdilər. Həyatın enişli-yoxuşlu yollarında onlara uğurlar arzuladı.

Tədbir bədii hissə ilə davam etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi