5 İyun-Ətraf Mühitin Beynəlxalq Müdafiəsi Günüdür.
5 İyun-Ətraf Mühitin Beynəlxalq Müdafiəsi Günüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətraf mühitin qorunması, ekoloji problemlərin həlli məsələlərini daim diqqət mərkəzində saxlaması ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmişdir. Hazırda bu işlər davam etdirilir. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.Bu günlə bağlı olaraq məktəbin 2 c sinif şagirdləri müəllimləri M.Aişənin təşkilatçılığı ilə ətraf mühitin qorunması ilə bağlı çağırış etdilər .