Məktəbin ibtidai siniflərində sürətli oxu texnikası yoxlanılmağa başlandı

Məktəbin ibtidai siniflərində sürətli oxu texnikası yoxlanılmağa başlandı. Şagirdlərin oxu bacarığı onların diqqətli, sürətli və davamlı oxu vərdişləri ilə bağlıdır. Orta məktəbə qədəm qoyan şagird məlumatların böyük bir qismini oxumaqla alır. O nə dərəcədə sürətlə oxuyursa, nə dərəcədə anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru xeyli dərəcədə oxu bacarığının səviyyəsi ilə bağlıdır. İbtidai siniflərdə oxunun müxtəlif növlərindən istifadə etmək, şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaradır. 0xu texnikasının monitorinqini aparmaq məqsədilə təlim-tərbiyə işləri üzrə direktor müavini Qaraxanlı Mehman tərəfindən 22 may tarixində şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi həyata keçirilmişdir.