Xocalı soyqırımı

Xocalı soyqırımı-1992cı il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən,etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu soyqırımı biz heç zaman unutmayacağıq.24.02.2017 ci il tarixdə məktəbimizdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımı bizi mübarizəyə səsləyir adlı anım mərasimi keçirildi.Tədbiri məktəbin direktoru açaraq Xocalı faciəsinin törədilməsinə dair faktlarla məlumat verdi.Xocalı qətliamına aid film nümayiş etdirildi. Şagirdlər səhnələşdirilmiş proqramla çıxış etdilər.Tədbir "Azərbaycan əsgəri " marşının sədaları ilə sona çatdı.