“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib.

26.02.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aslanova Zərəngiz və UBTR-i Vəliyeva Aynurənin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib.

Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Xocalı nişanəsi" adlı qısametrajlı film nümayiş etdirilib.

Məktəbin direktoru Şəhanə Əhmədova çıxış edərək Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 32-ci ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda, qələbə əhval-ruhiyyəsi ilə anılacağını bildirib.

Nəzərə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı.

Daha sonra şagirdlər şeirlər söylədilər və səhnəciklər nümayiş etdird Bundan əlavə, təhsil müəssisələrinin müəllim  kollektivi  “Ana harayı” abidəsini ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi