31.01.2024-cü il tarixdə növbəti Pedaqoji Şura keçirilmişdir.

2023-2024-cü tədris ilinə aid məktəbin Fəaliyyət Planna uyğun olaraq pedaqoji heyət və məktəb icmasının nümadəyəndələrinin iştirakı ilə 31.01.2024-cü il tarixdə növbəti Pedaqoji Şura keçirilmişdir.Məktəbin direktoru Şəhanə Əhmədova öz çıxışında birinci yarımilin yekunları, ikinci yarımildə qarşıda duran məsələlərdən danışdı.Bildirdi ki,tədrisin keyfiyyətinin artırılması məktəbin qarşısında duran əsas məsələ olsa da,uğurlu təhsilin kökündə sağlam psixoloji və emosional mühit dayanır.Məhz belə təhlükəsiz təhsil mühitinin yaradılması güclü nəzarət sisteminin qurulmasından asılıdır.Bunu nəzərə alaraq

Pedaqoji Şuradanın planına əsasən gündəlikdə duran məsələlərlə yanaşı valideyn məsuliyyətinin artırılması ,

məktəbdə uşaqların təhlükəsizliyinin təminatı ,psixoloji xidmətin təşkili(ötən il məktəbdə TDM tərəfindən psixoloji işin təşkilinin monitorinqinin nəticələri),

müəllimlərin “Etik davranış qaydaları”na əməl etmələrindən danışıldı.

Sözügedən məsələlərlə bağlı Pedaqoji Şurada müvafiq nəzarət sistemi yaradılması ilə bağlı aşağıdakı məsələlər qərara alındı:

1.Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi,müəllimlərlə və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi məsələləri məktəbin psixoloqu İsmayılova Lalə Elman qızına həvalə edilsin.

2.Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı maarifləndirici söhbətləri aparmaq sinif rəhbərlərinə tapşırılsın ,ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə təlimata uyğun addımların atılması ,aidiyyəti qurumlara məlumatın ötürülməsi işinə nəzarət məktəbin UBTR – Vəliyeva Aynurə Məhəmməd qızına həvalə edilsin.

3.Məktəbdə təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə işinin təşkili və növbətçiliyin gücləndirilməsi Təsərrüfat işləri üzrə direktor müavini Heydərov İlham Səftər oğluna tapşırılsın.

4.Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi məktəbin GÇH rəhbəri Əlləzov Yusifə həvalə edilsin.

Məktəbdə psixoloji və sosial baxımdan təhlükəsiz mühitin yaradılmasının təmin olunması məqsədilə yuxarıda adları çəkilən nəzarət istiqamətlərinin ümumi fəaliyyətinə nəzarəti məktəb direktorunun nəzarətinə götürülsün.

Eyni zamanda iclasda nümunəvi fəaliyyəti ilə seçilən müəllimlərin adları çəkilərək fərqləndirildi.Məktəbin gənc müəllimlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində müxtəlif rəğbətləndirmə tədbirlərinin həyata keçirilməsi qərara alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi