20 YANVAR - ZƏFƏRƏ APARAN YOL

20 YANVAR - ZƏFƏRƏ APARAN YOL

Məktəbin Fəaliyyət Planına və 20 Yanvar faciəsinin Tədbirlər Planlna əsasən 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər həyata keçirilir. Bu gün ibtidai sinif müəllimi Əsgərova Vəfa, UBTR-i Vəliyeva Aynurə 3A sinfində "20 Yanvar" - Zəfərə aparan yol” mövzusunda xüsusi dərs təşkil ediblər. Keçirilən dərsdə iştirakçı şagirdlər 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sinif rəhbəri Ə.Vəfa,UBTR-Vəliyeva Aynurə

1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O, qeyd edib ki, 34 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Həmçinin Ə. Vəfa məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini qeyd edib. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib.

Şagirdlər şəhidlərə həsr edilmiş şeirlər söyləyib, məlumatlar verib, təqdimatlar hazlrlayıb, rəsmlər çəkiblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi