Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Əbədiyaşar lider" adlı tədbir keçirildi.

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Əbədiyaşar lider" adlı tədbir keçirildi.

12.12.2023-cü il tarixində Bakı şəhəri Nərimanov rayonu 73 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi İmanova Təranənin,UBTR-i Vəliyeva Aynurənin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəhanə Əhmədova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi