Bakı Zooloji Parkında dərs-ekskursiya
Bakı Zooloji Parkında dərs-ekskursiya
73 nömrəli tam orta məktəbin müəllimi İsayeva Cəmilə rəhbərlik etdiyi 7 c sinif şağirdləri ilə birlikdə həyat bilgisi dərsini Bakı Zooloji Parkında dərs təşkil etdi.
Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırıldı.