Dekabrın 1-i Dünya QİÇS-lə Mübarizə Günüdür

Dekabrın 1-i Dünya QİÇS-lə Mübarizə Günüdür

Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub.

Hər il olduğu kimi bu il də şagirdlərin bu mövzu haqqında maariflənməsi, baş verə biləcək təhlükələrdən çəkinmələri, özlərini ola biləcək vəziyyətlərdən qorumaları üçün sinifdaxili tədbir keçirildi. Biologiya müəllimi Qumru Nuriyeva dərs dediyi 11A,11C sinfində dünyanı ağuşuna alan bu bəla haqqında çox geniş, cəmiyyətdə baş vermiş real hadisələri nümunə gətirərək, xəstəliyin hər bir etapı haqqında məlumatlar verdi. Şagirdlərə xəstəliyin yarana bilmə ehtimallarını, yarandıqdan sonra özünü qoruya və müalicə ala bilmə yollarını hər tərəfli izah etdi. Sonda şagirdlərə qaranlıq qalan suallar cavablandırıldı və müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi